27 iyun 2012 11:17

“Neftçi varlı klubdu, amma futbolda pul hər şeyi həll etmir”

Gürcüstan çempionu “Zestafoni”nin baş məşqçisi Georgi Çiaberaşvili klubun rəsmi saytına müsahibəsində UEFA Çempionlar Liqasındakı rəqibləri – “Neftçi” barədə danışıb, şanslarını dəyərləndirib. Azerisport.az həmin müsahibə ilə sizi də tanış edir.
 
- Prinsipcə, biz keçmiş SSRİ ölkələrinin təmsilçiləri ilə qarşılaşmaq istəmirdik. Lakin püşkatma belə gətirdi. Buna görə də heç nə edə bilmərik. Ümid edirəm ki, “Zestafoni” növbəti mərhələyə adlayacaq. Bizim hədəfimiz Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmaqdı. Çünki belədə öz gücümüzü Avropanın daha güclü klubları ilə görüşlərdə sınamaq imkanı əldə edəcəyik.
 
- Azərbaycan çempionu püşkün nəticəsindən razı qalıb...
- Bu, onların fikridi. Rəqib komanda nə qədər yaxşı köklənə bilmirsə, bir o qədər məğlub olmaq şansı çox olur. Rəqibi nə qədər qiymətləndirmirsənsə, sənin məğlub olmaq təhlükən də artıq olur. Biz isə bilirik ki, bəxtimizə o qədər də yaxşı rəqib düşməyib. Lakin bu səddi keçməliyik.
 
- İlk oyunun səfərdə keçirilməsi nə dərəcədə yaxşı variantdı?
- Son illərdə biz ənənəvi olaraq evdə daha yaxşı oynayırıq. Məsələn, elə ötən mövsümü götürək. O vaxt biz Rumıniya “Dacia”sını evdə 3:0 məğlub etdik. Ona görə də mən mübarizəyə elə səfərdə başlamağı daha yaxşı variant hesab edirəm.
 
- Yəqin ki, rəqib komanda haqqımızda informasiya toplamağa başlayıb...
- Əlbəttə. Lakin eyni zamanda biz də onları öyrənməyə çalışırıq. Bilirik ki, “Neftçi” varlı klubdu. Öz oyunçularına yaxşı pul verir, 1-1,5 milyonluq futbolçular alır. Lakin futbolda pul hər şeyi həll etmir. Eyni zamanda bizim komandada da Azərbaycan çempionatında çıxış etmiş futbolçular var. Məsələn, Mamaladze, Qonqadze, Aptsiaurinin Azərbaycan təcrübəsi var.

- Oyunçuların püşkün nəticəsinə reaksiyaları necə oldu?
- Onlar istənilən rəqiblə oyuna hazırdılar. Çalışacağam ki, onların ən yaxşı keyfiyyətlərini “Neftçi” ilə oyuna açım.
 
- “Zestafoni”nin şanslarını necə dəyərləndirirsiz?
- Əllinin əlliyə.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.