27 iyun 2012 11:34
Yığmamız Lüksemburqla sülh bağladı
16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. Azerisport.az xəbər verir ki, millimiz Lüksemburqun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Qarşılaşma 2:2 hesabı ilə başa çatıb. Yığmamızın heyətində Şahban Cəbrayılov və Elnur Cəfərov fərqlənib.
