27 iyun 2012 11:51
Mura oynadı, Bakının “casus”u izlədi (FOTO)
Sloveniyanın “Mura” klubu yoxlama matçında qüvvəsini sınayıb. Azerisport.az xəbər verir ki, Avropa Liqasının birinci təsnifat mərhələsində Azərbaycanın “Bakı” klubunun rəqibu olan komanda Macarıstan “Videoton”u ilə üz-üzə gəlib.
Qarşılaşma macarların 2:1 hesablı qələbəsi ilə nəticələnib. “Mura”nın təsəlli qoluna Elitsa imza atıb.
Qeyd edək ki, bu oyunu “Bakı”nın nümayəndəsi də izləyib. Belə ki, “zolaqlılar”ın sabiq müdafiəçisi, hazırda məşqçilər korpusunda çalışan Rafael Əmirbəyov qarşılaşmanı izləyənlər arasında olub və öz qeydlərini aparıb.
