27 iyun 2012 12:12
Millimiz Rusiyada qələbə qazandı
Rusiyanın paytaxtı Moskvada təşkil olunacaq dünya çempionatının seçmə mərhələsinə hazırlaşan çimərlik futbolu üzrə Azərbaycan milli komandası yoldaşlıq oyunu keçirib. Azerisport.az xəbər verir ki, komandamızın rəqibi Rusiyanın “Keystone” komandası olub.
Millimiz 4:2 hesabı ilə qələbə qazanıb. Komandamızın heyətində Elvin Quliyev, Zeynal Zeynalov, Orxan Məmmədov və Comərd Baxşəliyev fərqlənib.
