27 iyun 2012 12:35
Nomme Kalju Xəzər Lənkəranla oyun öncəsi aparıcı forvardını itirdi
Estoniyanın “Nomme Kalju” klubu Avropa Liqası öncəsi itki ilə üzləşib. Azerisport.az xəbər verir ki, “Xəzər Lənkəran”ın rəqibi aparıcı hücumçusu Tarmo Neymelonun xidmətindən məhrum olub.
Buna onun zədələnməsi səbəb olub. Futbolçu trenajor zalında idman edərkən ehtiyatsız davranışı səbəbindən xoşagəlməz aqibətlə üzləşib.
Hələlik “Nomme Kalju”nun forvardının konkret hansı müddətə sıradan çıxdığı bəlli deyil. Lakin onun “Xəzər Lənkəran”la görüşlərdə iştirakı sual altındadı.
Qeyd edək ki, “Xəzər Lənkəran”la “Nomme Kalju” arasındakı ilk oyun iyulun 5-də Lənkəranda, cavab görüşü isə ayın 10-da Estoniyada keçiriləcək.
