28 iyun 2012 13:14

“Birlikdə böyük qüvvə olacağıq”

“Qəbələ”nin 2012-2013 mövsümü öncəsi ilk əcnəbi transferi Deyan Kelhar “Qəbələ”yə keçidi, ölkəmiz və klubumuz haqda duyduqları və yeni komandası haqda fikirlərini bölüşüb. Azerisport.az həmin müsahibəni diqqətinizə çatdırır:
 
- Ölkə xaricində oynamaq üzrə böyük təcrübəniz var. Qəbələ və Azərbaycan haqda öncədən nə bilirdiniz, sonradan nələri öyrəndiniz?
- Ölkəniz haqda elə də məlumatlı deyildim. İlk dəfə Azərbaycan adını Sloveniyadan bir neçə futbolçu Azərbaycan liqasında oynamağa başlayarkən eşitmişdim. Keçən həftə də bəzi əlavə məlumatları internetdən oxumuşam. Azərbaycan, o cümlədən Qəbələ yaşamaq və karyeramı davam etdirmək üçün əlverişli yerdir. 
 
- Azərbaycanın klubları və ölkədəki infrastruktur barədə nə dərəcədə məlumatlısınız?
- Bir neçə il əvvəl Sloveniyadan Azərbaycana gedən transferlərdən eşitmişdim klublarınız haqda. Amma “Qəbələ”dən təklif gələndən sonra bu klub və şəhər barədə tanışlardan daha çox məlumat topladım. Hamısı müsbət cavablar idi. 
 
- Yəqin ki fərqli klublardan təklif almısınız. Niyə məhz “Qəbələ”ni seçdiniz?
- Doğrusu, Ukrayna və Türkiyədən də təkliflər almışdım və onlarla uzun müddətdir ki əlaqələrim var. Lakin “Qəbələ”nin təklifini qəbul etdim. Çünki, klubun gələcək üçün böyük məqsədləri var. Həmçinin yüksək səviyyəli infrastruktur məni buraya cəlb edən amillərdən biridir. Buna gərə məhz “Qəbələ”yə gəldim.
 
- “Qəbələ”nin qarşıdakı mövsümdəki hədəflərindən xəbəriniz varmı?
- Əlbəttə, klubun qarşıya qoyduğu məqsədlərlə tanış olmuşam. Təbii ki, bu asan olmayacaq, amma birlikdə böyük həvəslə çalışıb hədəflərə çatmaq üçün nələrsə edə bilərik.
 
- Sizcə yeni komandanın hədəflərinə çatmasında kollektivə yardımçı ola biləcəksiniz?
- Özüm haqda danışmağı xoşlamıram. Məni kluba dəvət edən şəxslər necə kömək edə biləcəyimi bilirlər. Həm futbolda, həm də digər fəaliyyət sahəsində hər kəs tutduğu vəzifəsində nə isə bacarır. Bir oyunçu kimi mən də nə isə bacarıram və “Qəbələ” üçün əlimdən gələni edəcəyəm. Futbolda oyunçu təklikdə o qədər də önəmli deyil. Amma komanda vahid şəkildə böyük qüvvədi. Ümid edirəm ki, birlikdə böyük qüvvə olacağıq. (klub saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.