28 iyun 2012 13:34
Seriya A klubunda yeni baş məşqçi
İtaliya A Seriyasında mübarizə aparan “Siena” klubunun yeni baş məşqçisi müəyyənləşib. Azerisport.az xəbər verir ki, bu komandanı qarşıdakı mövsümdə Serse Kosmi çalışdıracaq.
Qeyd edək ki, bu mütəxəssis son mövsümdə “Lecce”ni çalışdırırdı. Amma onun rəhbərliyi altında sözügedən komanda B Seriyasına yuvarlanmışdı. Buna baxmayaraq, “Siena” rəhbərliyi komandanı bu təcrübəli mütəxəssisə həvalə etməkdən çəkinməyib.
Klub rəhbərliyi yeni baş məşqçi ilə iki illik müqavilə bağlayıb. O, artıq növbəti həftədən işə başlayacaq.
“Siena”nı son mövsümdə Cüzeppe Sannino çalışdırırdı. Komanda onun rəhbərliyi altında mövsümü 44 xalla 14-cü sırada tamamlamışdı.
