28 iyun 2012 13:59
Nasimov Zestafoni ilə oyunları buraxacaq
Azərbaycan çempionu “Neftçi” aparıcı hücumçusu Bahodir Nasimovun xidmətindən məhrum olub. Azerisport.az xəbər verir ki, Özbəkistan millisinin forvardı UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Zestafoni” ilə oyunları da buraxa bilər.
Zədədən əziyyət çəkən futbolçunun Gürcüstan çempionu ilə iyulun 17-də keçiriləcək Bakıdakı oyunu buraxacağı artıq dəqiqdi. Onun ayın 24-də Zestafonidə baş tutacaq cavab qarşılaşmasında iştirakı isə sual altındadı.
