28 iyun 2012 14:33
Arif İsayev karyerasını Polşada davam etdirə bilər
“Qəbələ”nin sabiq yarımmüdafiəçisi Arif İsayev yeni iş yeri axtarışlarını davam etdirir. Azerisport.az xəbər verir ki, orta sahə oyunçusu hazırda bir neçə təklifi nəzərdən keçirir.
İsayevin xidmətində Yunanıstan və Türkiyə klubları da maraqlıdı. Lakin onun karyerasını davam etdirmək üçün ən real variant Polşa hesab olunur. Düzdü, İsayev təklif aldığı klubun adını açıqlamaq istəmir. Ən yaxın günlərdə millimizin üzvü öz qərarını verməlidi.
