28 iyun 2012 02:42
“Yeni transferlərimizin əsl səviyyəsini elə ilk oyundaca görmək istərdik”
“Bakı”nın baş meneceri Zeynal Məmmədov komandaya cəlb olunan yeni futbolçuların elə ilk oyunlarındaca özlərini göstərmələrini arzulayır. Azerisport.az saytına müsahibəsində o, Avropa Liqasının birinci təsnifat mərhələsinin Sloveniya “Mura”sı ilə ilk oyunu öncəsi bunları dilə gətirib:
“Biz yaxşı transferlər həyata keçirmişik. Aldığımız legionerlərin çoxu öz ölkələrinin yığma komandasında çıxış edirlər. Aydın məsələdi ki, onlara uyğunlaşmaq üçün bir qədər vaxt lazımdı. Amma biz onların əsl səviyyəsini elə “Mura” ilə ilk oyunumuzdaca görmək istərdik. Futbolçular tədricən forma yığırlar. Sloveniya klubu ilə ilk oyunu evdə keçirməyimiz çox vacibdi. Bizə qol vurub öz qapımızı toxunulmaz saxlamağımız lazımdı”.