28 iyun 2012 02:50
XL üçün sloveniyalı, İnter üçün belçikalı, Bakı üçün ukraynalı
Azərbaycan klublarının Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsindəki ilk oyunlarını idarə edəcək hakimlərin adları açıqlanıb. Azerisport.az xəbər verir ki, klublarımızın taleyini belçikalı, ukraynalı və sloveniyalı hakimlər müəyyənləşdirəcəklər.
Estoniyanın “Trans” klubu ilə qarşılaşacaq “İnter”in səfərdə baş tutacaq ilk oyununu Belçikadan olan Aleksandr Buko idarə edəcək.
“Bakı”nın Sloveniya təmsilçisi “Mura” ilə Bakıdakı görüşü ukraynalı Sergey Dankovskiyə həvalə olunub.
“Xəzər Lənkəran”ın Estoniya “Nomme Kalju”su ilə Lənkərandakı qarşılaşmasında isə ədaləti Sloveniyanı təmsil edən hakimlər briqadası qoruyacaq. Görüşün baş hakimi Milya Jqaneç olacaq.
