28 iyun 2012 15:18

Rəşad Sadiqov: ÇL-də mərhələ keçib, Avroliqanın qrup mərhələsinə düşmək istəyirik

“Neftçi”nin yarımmüdafiəçisi Rəşad Sadiqov azerisport.az saytına müsahibəsində komandasının Türkiyədə həyata keçirdiyi təlim-məşq toplanışını dəyərləndirib, Çempionlar Liqasındakı şanslarından danışıb.
 
- Hazırlığın birinci mərhələsi necə keçdi?
- Fikrimcə, çox yaxşı toplanış keçirə bildik. Yaxşı hazırlaşmaq üçün hər cür şərait yaradılmışdı. Məşqlərimiz çətin idi. Hərdən bir günə üç məşqə çıxırdıq. Hazırlıq prosesi dövründə yoxlama oyunları da keçirdik. İlk oyunumuz Rusiyanın “Mordoviya” klubuna qarşı oldu. Birinci hissədə çox yaxşı oynadıq. Rəqib komanda qapımıza bir dənə də zərbə endirə bilməmişdi. Amma fasilədən sonra hər şey əksinə cərəyan etdi və məğlub olduq...
 
- 0:4 hesabı ilə...
- 90 dəqiqəni əvəzlənmədən keçirdik. Yorğunluq da sözünü deyirdi. Amma ikinci oyun göstərdi ki, məşqlərimiz boşuna getməyib. İran çempionu “Sepahan”a qarşı oynayırdıq. Belə bir rəqibə qarşı yaxşı oyun nümayiş etdirməklə yanaşı, 1:0 hesabıyla qalib gəldik.
 
- Komandanın yeni futbolçuları barədə nə deyərdiniz?
- Bruno Bertuçço pis futbolçu deyil. Yaxşı texnikası var. Ona dəstək lazımdı. Belədə o, daha yaxşı oyun sərgiləyir. Çilili Nikolas Kanales hələ oynamayıb. Ona görə də bu oyunçu barədə hələlik nəsə deyə bilmərəm. Amma bizim kollektivə uyğunlaşmaq onlar üçün çox asandı. Çox yaxşı komandamız var. Avstriya toplanışından sonra daha da güclü olacağıq.
 
- Çempionlar Liqasının püşkünü necə qiymətləndirərdiniz?
- Normal. Düzünü deyim ki, mənim üçün kiminlə oynamağımızın fərqi yox idi. Bizə ən zəif rəqib düşdüyünü deyənlərlə razı deyiləm. “Zestafoni” Gürcüstan çempionudu. Heç kim bu komandanı zəif hesab etməsin. Onlar reytinqdə də bizdən öndədilər, ötən mövsümdə də bir neçə mərhələ keçmişdilər.
 
- Elə isə bu komanda ilə oyunda şanslarınız nə dərəcədə yüksəkdi?
- Əgər qarşımıza yüksək hədəflər qoymuşuqsa, bu rəqibi keçməyə borcluyuq. Bizi çox çətin iki oyun gözləyir. Amma iki oyunun nəticəsinə görə uğur qazana bilərik.

- Növbəti mərhələyə adlayacağınız halda hansı klublarla qarşılaşmaq ehtimalı olduğunu bilirsiz?
- Deyilənə görə, “Celtic”, “Anderlecht” kimi güclü klublara qarşı oynaya bilərik. Şübhəsiz ki, qrup mərhələsinə düşmək istəyən komanda hər şeyə hazır olmalıdı. Amma indidən bu barədə düşünmək tezdi. Hazırda bütün fikirlərimiz “Zestafoni”yə yönəlib.
 
- Siz hansı qrup mərhələsindən danışırsız?
- Hamı gözəl bilir ki, Avropa Liqasının qrup mərhələsinə düşmək üçün ən asan yol Çempionlar Liqasından keçir. Əgər Gürcüstan klubunu keçə bilsək, bizim üçün çox yaxşı perspektiv yaranacaq.
 
- Rəqibi nə dərəcədə yaxşı öyrənə bilmisiz?
- Mən artıq bu komandanın Belçika “Brugge”sinə qarşı hər iki oyununu görmüşəm. Hansı ki, belçikalılar bundan öncə “Qarabağ”la qarşılaşmışdılar. “Zestafoni” bu komandaya qarşı hətta səfərdə də çox yaxşı oyun sərgiləyib, 4-5 qol vəziyyəti yaradıb. Bizi çox çətin rəqib gözləyir.
 
- Köhnə-yeni klubunuza uyğunlaşmağınızda problem olmadı ki? Əvvəlki Rəşad Sadiqovu görə biləcəyik?
- Adaptasiya baxımından heç bir problemlə üzləşmədim. Bu komandada özümü göstərməyimə heç nə mane ola bilməz. Burda daha böyük məsuliyyət var. Çünki bizi Çempionlar Liqasında sınaq gözləyir. Biz bu mövsüm daha yaxşı çıxış etməliyik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.