28 iyun 2012 16:13
Qarabağ yeni transferi üçün 800 min avro xərcə düşüb
“Qarabağ”ın yeni transferi – Almaniyanın “Köln” klubundan aldığı Miro Varvodiçə görə nə qədər xərcə düşməsi bəlli olub. Azerisport.az xəbər verir ki, Ağdam klubu yeni qapıçısından ötrü 800 min avrosundan keçib.
Xatırladaq ki, xorvatiyalı futbolçu Ağdam klubu ilə 2 illik müqavilə bağlayıb. 23 yaşlı futbolçu son mövsümdə “Köln”ün şərəfini qorumuş və 2 matçda start heyətində çıxmış dı.
1989-cu il təvəllüdlü qolkiper 191 sm boy malikdi. “Köln”ə qədər ölkəsində “Hayduk”un futbolçusu olub. Xorvatiyalı ölkəsinin aşağı yaş komandalarının şərəfini qoruyub.
