28 iyun 2012 16:37
İnter Rubinə də məğlub oldu
Bakıda Azərbaycan Beynəlxalq Bankın 20 illiyinə həsr olunan və 13 yaşadək komandalar arasında keçirilən beynəlxalq turnirin qrup mərhələsinə yekun vurulub. Azerisport.az xəbər verir ki, artıq B qrupunda da sonuncu – 3-cü turun oyunları keçirilib.
Ev sahibi “İnter” son turda Rusiyanın “Rubin” klubu ilə qarşılaşıb. Oyun “Rubin”in 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Digər oyunda isə İsveçin “Brommapojkarna” və Estoniyanın “Kotkas” klubları qarşılaşıb. Oyun 4:0 hesabıyla “Brommapojkarna”nın xeyirinə başa çatıb.
Beləliklə, İsveç klubu qrup mərhələsini 100 faizlik nəticəylə başa vuraraq 1/2 finala vəsiqə qazanıb. Onlarla yanaşı “Rubin” də yarımfinala çıxıb. Üçüncü yeri tutan “İnter” 5-6-cı, 4-cü olan “Kotkas” 7-8-ci yerlər uğrunda mübarizə aparacaq.
