28 iyun 2012 17:12
Dinamo azərbaycanlı futbolçudan imtina etdi
Ukrayna “Dinamo”sunda çıxış edən əslən azərbaycanlı futbolçu Aleksandr Əliyev transferə çıxarılıb. Azerisport.az xəbər verir ki, bu barədə baş məşqçi Yuri Syomin Kiyev klubunun rəsmi saytına açıqlamasında bildirib.
O deyib ki, ötən mövsümün sonlarından əsas heyətə düşməyən 27 yaşlı yarımmüdafiəçini ehtiyatda saxlamağa haqları yoxdur. Digər tərəfdən, klub Əliyevin mövqeyinə Xorvatiya yığmasının yarımmüdafiəçisi Niko Krançarı alıb. Syomin soydaşımızı Avstriyaya təlim-məşq toplanışına da aparmayıb. Futbolçu klub tapanadək “Dinamo”nun ikinci heyəti ilə birgə məşq edəcək.
Qeyd edək ki, Rusiyanın Xabarovsk şəhərində doğulmuş Aleksandr Əliyev peşəkar karyerasına 2002-ci ildə başlayıb. O, 2010-cu ildə Yuri Syominlə birgə Rusiya “Lokomotiv”inə keçib. Lakin 2 mövsümdən sonra Əliyev elə Syominlə “Dinamo”ya qayıdıb. Futbolçu 2011-2012-ci il mövsümündə bütün turnirlərdə 37 oyuna 5 qol vurub. O, Ukrayna yığmasının heyətində 2012-ci il Avropa çempionatında da iştirak edib.
