28 iyun 2012 18:34

Braziliya millisində oynamış futbolçu Simurqda

Hazırda Türkiyədə hazırlıqları davam etdirən "Simurq"a baxış üçün yeni futbolçular dəvət olunub. Azerisport.az xəbər verir ki, çoxdandı adı bu komandayla hallanan braziyalı yarımmüdafiəçi Ademar Aparekido Xavyer Junior artıq “sarı-qaralar”ın düşərgəsinə qoşulub.
 
27 yaşlı cənubi amerikalının son iş yeri Moldovanın "Milsami-Ursidos" klubudu. 2010-cu ildən bu komandada forma geyinən Ademar 45 oyunda meydana çıxıb və 15 qol vurub.
 
Peşəkar futbolçu karyerasına 2005-ci vətənində başlayan yarımmüdafiəçi Portuqaliyanın "Vitoria de Setubal", "Rio Ave", Bolqarıstanın "Vihren", Rumıniyanın "Gloria" və Qatemalanın "Deportivo Xinabajul" klublarının da şərəfini qoruyub. O, həmçinin 2001-2002-ci illərdə Braziliyanın U-16 yığmasına dəvət edilib.
 
Ademardan başqa Zaqatala təmsilçisi baxışa yeni müdafiəçidə dəvət edib. Bu xorvatiyalı futbolçu Petar Tomiçdir. 193 sm boya malik olan 30 yaşlı mərkəz müdafiəçisinin son iş yeri HNK klubudur. 2009-cu ildən bu komandada top qovan Peter Tomiç 73 oyunda forma geyinib və 3 dəfə qol vurmağı bacarıb. 
 
Qeyd edək ki, hər iki futbolçu tibbi müayinədən keçdikdən sonra məşqlərə qoşulub. Yoldaşlıq görüşlərindən sonra baş məşqçi Georgi Çıxradze baxışa dəvət olunan futbolçular haqqında yekun qərar verəcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.