28 iyun 2012 18:48

Pley-off mərhələsi sabah başlayır

Xəbər verdiyimiz kimi, hazırda Bakıda Azərbaycan Beynəlxalq Bankının 20 illiyinə həsr olunan beynəlxalq turnir keçirilir. Azerisport.az xəbər verir ki, dünən turnirin qrup mərhələsinə yekun vurulub.
 
Bu gün komandalar istirahət edir. Sabah isə turnirin pley-off mərhələsi başlayacaq. Beləliklə, sabah əvvəl saat 10:00-da 7-8-ci yerlər uğrundakı oyunda meydana Türkiyənin "Samsunspor" və Estoniyanın "Kotkas" komandaları çıxacaqlar. Saat 11:20-də isə 5-6-cı yerlər uğrundakı matç başlayacaq. Bu görüşdə "İnter" Gürcüstanın "Dinamo" kollektivi ilə üz-üzə gələcək.
 
Axşamkı oyunlarda isə turnirin finalçılarının adları məlum olacaq. Belə ki, saat 18:00-da baş tutacaq ilk yarımfinal oyununda Bolqarıstanın "Slaviya" və Rusiyanın "Rubin" komandaları qarşılaşacaqlar. Saat 19:20-də isə  İsveçin "Brommapojkarna" və Ukraynanın "Karpatı" komandaları öz aralarında həlledici görüşə vəsiqə qazanacaq ikinci komandanın adını müəyyənləşdirəcəklər.
 
Qeyd edək ki, turnirin bütün oyunları "Dalğa Arena"da keçirilir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.