28 iyun 2012 19:01
Fransızlardan İnterə təkzib: Abdullae ilə danışıqlar davam edir
Fransanın “Metz” klubu maraqlı açıqlama ilə çıxış edib. Azeriport.az xəbər verir ki, Mets təmsilçisi Azərbaycanın “İnter” klubunun transfer etdiyi Bryus Abdullae ilə bağlı məsələnin tam dəqiqləşmədiyini bəyan edib.
Bu açıqlama ilə klubun idman direktoru Dominik D`Onorfio çıxış edib. O, bildirib ki, Abdullae ilə danışıqlar hələ də davam edir.
Fransa mətbuatı bu barədə məlumatda daha bir yanlışlığa yol verib. Fransızlar Abdullae ilə “İnrer”in yox, digər paytaxt təmsilçisi “Bakı”nın maraqlandığını qeyd ediblər. Özü də “zolaqlılar” son Azərbaycan çempionu kimi təqdim olunub.
Maraq üçün qeyd edək ki, “İnter” artıq Abdullae ilə bir illik müqavilə bağlayıb və bu barədə rəsmi açıqlama da yayıb.
