28 iyun 2012 21:58
Azərbaycanlı hakim ÇL oyununa təyinat aldı
FIFA referisi Anar Salmanov UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində keçiriləcək oyuna təyinat alıb. Azerisport.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, Anar Salmanov ilkin təsnifat mərhələsində qarşılaşacaq "Düdelanj" (Lüksemburq) - "Tre Penne" (San Marino) cütünün qalibi ilə Avstriyanın "Zalsburq" klubu arasında iyulun 17-də keçiriləcək oyunu idarə edəcək.
Onun köməkçiləri Mehman Mahmudov və Zeynal Zeynalov olacaq. Dördüncü hakim funksiyasını Əliyar Ağayev yerinə yetirəcək.
