28 iyun 2012 11:14
Xəzər Lənkəranın taleyinə norveçli hakim aydınlıq gətirəcək
Azərbaycanın “Xəzər Lənkəran” klubunun Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsindəki cavab oyununu idarə edəcək hakimlərin adları açıqlanıb. Azerisport.az xəbər verir ki, “ağ-yaşıllar”ın Estoniyanın “Nomme Kalju” klubu ilə cavab qarşılaşmasını norveçli hakimlər briqadası idarə edəcəklər.
Qarşılaşmanın baş hakimi Daq Vidar Hafsas olacaq. Bu görüş Sloveniyada taş tutacaq.
“Xəzər Lənkəran”ın Estoniya “Nomme Kalju”su ilə Lənkərandakı qarşılaşmasında isə ədaləti Sloveniyanı təmsil edən hakimlər briqadası qoruyacaq. Görüşün baş hakimi Milya Jqaneç olacaq.
Qeyd edək ki, “Xəzər Lənkəran”la “Nomme Kalju” arasındakı ilk oyun iyulun 5-də, cavab görüşü isə 10-da keçiriləcək.
