28 iyun 2012 11:39
Turanı Premyer Liqada başqa klub əvəzləməyəcək
Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev “Turan”ın Premyer Liqadan imtina etməsinə münasibətini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Birincisi, çempionatdan imtina etmək üçün bu barədə Peşəkar Futbol Liqasına rəsmi məktub göndərmək lazımdı. Bizə isə belə bir məlumat daxil olmayıb. İkincisi isə düşünürəm ki, ölkəmizdə elan olunmuş İdman ilində “Turan” belə bir aqibətlə üzləşməz. Böyük idman ənənələrinə malik tovuzlular Premyer Liqadan imtina etməməlidilər”.

Ramin Musayev onu da bəyan edib ki, əgər “Turan”ın Premyer Liqada çıxış etməyəcəyi dəqiqləşsə, onu başqa klub əvəzləməyəcək. Belədə, 2012/13 mövsümünün 11 klubla keçirilməsi ehtimalı yüksəkdi. “Turan”ı hansısa birinci divizion klubunun əvəzləməsi variantı o qədər də inandırıcı görünmür. Çünki aşağı liqadan elitaya yüksəlmək iqtidarında olan komanda yoxdu.