28 iyun 2012 12:15
Qəbələdən daha bir məhsuldar heç-heçə
“Qəbələ”nin 11 yaşa qədər futbolçularından ibarət komandası Portuqaliyada keçirilən IBERCUP-2012 turnirinin qrup mərhələsini uğurla adlayıb. Azerisport.az xəbər verir ki, qrupun son oyununda UC Venesuela ilə üz-üzə gələn təmsilçimiz öncəki görüşdə olduğu kimi 3:3 hesablı heç-heçəyə imza atıb.
Maraqlıdır ki, komandamıza 1 xalı gətirən qollara ötən matçda – “Lorien”lə oyunda olduğu kimi Təbriz İsazadə (2) və İdris İnqilablı imza atıblar. Bu nəticədən sonra “Qəbələ” xallarının sayını 5-ə yüksəldib və növbəti mərhələyə vəsiqə qazanıb.
