28 iyun 2012 00:38

Georgi Nikolov: Qoy güclü qalib gəlsin

“İnter”in prezidenti Georgi Nikolov Azərbaycan Beynəlxalq Bankının 20 iiliyinə həsr olunan beynəlxalq turnir barədə fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, klubun rəsmi saytına müsahibəsində bunları dilə gətirib:
 
“Öncə Azərbaycan Beynəlxalq Bankını 20 illlik yubileyi münasibətilə təbrik etmək istəyirəm. Banka uğurlu fəaliyyət, cox gəlir və uzunömürlük arzulayıram. Bakı Futbol Federasiyası və Azərbaycan Beynəlxalq Bankı tərəfindən keçirilən turnirə gəldiksə onu demək istəryiəm ki, çox şadam, çünki bu yarış belə beynəlxalq turnirlərin keçirilməsinin müsbət tendensiyasını davam etdirir.
 
Bilirsiniz ki, bu yaxınlarda belə bir turnir Qəbələdə keçirilmişdi və düşünürəm ki, bu yarışlar digər klub və təşkilatçılar üçün nümunə olacaq və onlar da belə turnirlər təşkil etmək istəyəcək.
 
Ümumiyyətlə, çox yaxşıdır ki, uşaqlara belə yarışlarda iştirak etmək, xarici rəqiblərlə güclərini sınamaq imkanı verilir. Təəssüf ki, mən hələlik ancaq komandamızın İsveçin “Brommapoykarna” komandasıyla keçirdiyi qarşılaşmanı izləyə bilmişəm. Matç bizim üçün heç də yaxşı nəticə ilə başa çatmadı, ancaq unutmaq lazım deyil ki, isveçlilər kubokun favoritlərindən biridirlər. Etiraf edim ki, Bolqarıstanın “Slaviya” komandasına güclü azarkeşlik edirəm və komandaya yaxşı nəticələr əldə etməyi arzulayıram. Bir də ki, buraya gəlmiş digər klublar da ancaq maksimum nəticəyə ümid edirlər. Buna görə də, demək istəyirəm ki, qoy güclü qalib gəlsin.
 
Səmimi qəlbdən istərdim ki, bu turnir hər hər il keçirilsin. Məhz belə turnirlər sayəsində daha çox ölkə və komanda Azərbaycanın necə bir ölkə olduğunu tanıyır və onun futbolunun yaxşı templərlə inkişaf etdiyinin şahidi olur”.

 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.