28 iyun 2012 00:43
Slaviya və Karpatı Bakıda yarımfinala çıxdı
Hazırda Bakıda keçirilən Azərbaycan Beynəlxalq Bankının 20 illiyinə həsr olunan beynəlxalq turnir davam edir. Azerisport.az xəbər verir ki, artıq qrup mərhələsinin sonuncu - 3-cü turunun oyunlarına start verilib.
Öncə "A" qrupunda mübarizə aparan Gürcüstanın "Dinamo" və Ukraynanın "Karpatı" komandaları meydana çıxıb. Görüş ukraynalı futbolçuların xeyrinə başa çatıb - 1:0.
Qeyd edək ki, bu qələbə sahəsində "Karpatı" komandası yarımfinal mərhələsinə vəsiqə qazanıb, "Dinamo" isə qrupda 3-cü yer tutaraq 5-ci pillə uğrundakı görüşlə turnirdəki mübarizəni başa vuracaq.
"A" qrupunun son oyununda Türkiyənin "Samsunspor" və Bolqarıstanın "Slaviya" komandaları üz-üzə gəlib.
Qarşılaşma 3:0 hesabıyla "Slaviya"nın üstünlüyü ilə başa çatıb. Beləliklə, "A" qrupunun yekun turnir cədvəlini diqqətinizə çatdırırıq:
Slaviya (Sofiya, Bolqarıstan) – 6, Karpatı (Lvov, Ukrayna) – 6, Dinamo (Tiflis, Gürcüstan) – 4, Samsunspor (Türkiyə) – 1.
