28 iyun 2012 12:53
Hollandiya yığması başsız qaldı
AÇ-2012-ni xalsız başa vuran Hollandiya yığması başsız qalıb. Azerisport.az xəbər verir ki, turnirin favoritlərindən olsa da, hər üç oyunda məğlub olan komandanın baş məşqçisi Bert van Marveyk istefa verib.
Komandanın yen baş məşqçisinin kimliyi hələ bilinmir. Hollandiya Futbol Federasiyası yaxın vaxtlarda yeni çalışdırıcının adını açıqlayacaq.
Qeyd edək ki, van Marveyk 2008-ci ildən Hollandiya yığmasına başçılıq edirdi. “Narıncılar” onun rəhbərliyi altında DÇ-2010-un finalına çıxmış və İspaniyaya uduzmuşdu. O, əvvəllər Hollandiyanın “Fortuna”, “Feyenoord” və Almaniyanın “Borussia” (Dortmund) klublarına başçılıq edib.
