28 iyun 2012 01:04
Kəpəz Fransadan 3 futbolçu gətirir
“Kəpəz” növbəti mövsümə hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, Gəncə klubu heyətini gücləndirməyi də yaddan çıxarmır.
Belə ki, bu günlərdə Fransadan Gəncəyə üç oyunçu gələcək. Onlardan biri kamerunludu. Lakin o da son mövsümü tamamilə Fransada keçirib.
Bölgə klubunda hazırda baxışda olan futbolçulardan biri də Nicat Abdullayevdi. O, son mövsümdə birinci divizion təmsilçisi “Şuşa”nın şərəfini qoruyub.
“Kəpəz” rəhbərliyi hələlik ölkə xaricinə gedib-getməyəcəyinə qərar verməyib. Hazırda ölkə daxilində yoxlama oyunu keçirmək üçün sınaqçı rəqiblər axtarılır. Gəncəlilər 2-3 yoxlama matçı keçirməyi planlaşdırırlar.
