29 iyun 2012 12:55
Millimizin rəqibi yoldaşlıq oyunu keçirəcək
DÇ-2014-ün seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda mübarizə aparacaq Rusiya milli komandası avqustun 15-də yoldaşlıq oyunu keçirəcək. Azerisport.az xəbər verir ki, millimizin rəqibi Kot d`İvuar yığması ilə qarşılaşacaq.
Qarşılaşma yerli vaxtla saat 19:00-da Moskvadakı "Lokomotiv" stadionunda başlayacaq.
