29 iyun 2012 13:31
“Zestafoniyə qarşı necə oynamaq lazım olduğunu bilirəm”
Azərbaycan çempionu “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev azerisport.az saytına müsahibəsində komandasının hazırlığından, eləcə də Çempionlar Liqasındakı rəqibləri - Gürcüstan “Zestafoni”sindən danışıb.
- Hazırlığın ilk mərhələsindən razı qaldınız?
- Komanda bu müddət ərzində pis futbol sərgiləmədi. Düzdü, oyunlar zamanı xeyli səhvlərin şahidi olduq. Həmçinin yeni futbolçularımızı iş başında görmək istəyirdim. Təəssüf ki, yalnız iki görüş keçirə bildik. Çünki öncədən 3-4 oyun keçirməyi planlaşdırmışdıq. Sadəcə, layiqli rəqib tapa bilmədik.

- “Mordoviya”ya 0:4 hesablı yenilgi ilə bağlı nə deyərdiniz?
- “Mordoviya” ciddi rəqibdi. Biz onlarla oyunda çox pis futbol sərgilədik. Amma bu məğlubiyyət komandamız üçün faydalı olacaq. “Neftçi” hərdən belə uduzmalıdı ki, özünə gəlsin. Matçın startında təkcə Flavinyonun altı qol epizodu oldu. Biz bunlardan yararlana bilməyincə, rəqib bizi cəzalandırdı. Lakin bizim üçün əsas Çempionlar Liqasıdı. Komandamın bütün səhvlərini görmək mənim üçün yaxşı oldu.

- İran “Sepahan”ına minimal hesabla qalib gəlməyinizi həmin məğlubiyyətdən çıxarılan dərs kimi qiymətləndirmək olar?
- “Sepahan” hazırda İranın ən güclü klubudu. Bu komandada yüksək səviyyəli futbolçular çıxış edirlər. Amma bu oyunda əvvəlkinə nisbətən daha yaxşı təsir bağışladıq. Baxmayaraq ki, yenə çatışmazlıqlar diqqət çəkirdi. ÇL-in startına kimi bunları aradan qaldırmalıyıq.

- Ruslan Abışovun “Xəzər Lənkəran”a keçidini necə qarşıladınız?
- Abışov yaxşı futbolçudu. Lakin o, “Xəzər Lənkəran”a keçməyə üstünlük verdi. Öz seçimini etdi. Ona görə də başqa nəsə demək istəmirəm.
- Bəs komandanın yeni futbolçuları barədə fikriniz necədi?
- Bruno Bertuççinin oyununu gördüm və ondan razı qaldım. Kanales də yaxşı futbolçudu. Böyük təcrübəyə malikdi. Əminəm ki, hər iki futbolçu ÇL-də özünü göstərəcək. Avropaya indiki heyətlə gedə bilməzdik və buna görə də bu transferlərə ehtiyacımız var idi.
- Rodriqinyodan nə xəbər var?
- O, komanda ilə birgə məşq edir. Hələ optimal forma yığa bilməyib. Lakin biz onu da “Zestafoni” ilə ilk oyuna kimi hazır vəziyyətə gətirmək istəyirik. Əvvəlki Rodriqinyonu görmək istəyirik. Özü də komandaya kömək etmək istəyir.
- Bəs Bahodir Nasimovun durumu nə yerdədi?
- İlk oyunda biz onu dəqiq meydanda görə bilməyəcəyik. Çünki əməliyyatdan sonra hələ tam bərpa olunmayıb. Amma ÇL-dəki mübarizəni davam etdirə bilsək, Nasimov komandaya kömək edəcək.
- Azərbaycanda çoxlu gürcü futbolçu və məşqçi var. Onların “Neftçi” barədə bütün məlumatları “Zestafoni”yə ötürəcəyini düşünmürsüz?
- Qoy hər kəs öz işində olsun. Kimin kimə, necə kömək etməsi mənə maraqlı deyil. Mən “Zestafoni”yə qarşı necə oynamaq lazım olduğunu bilirəm. “Neftçi” cütün taleyini Bakıda həll etməlidi.

- Avroliqadakı klublarımızın şanslarını necə qiymətləndirirsiz?
- Bütün klublarımıza kifayət qədər keçiləsi rəqiblər düşüb. Ən çətin rəqiblə məhz biz düşmüşük. Fikrimcə, bütün təmsilçilərimiz ilk mərhələni adlamağa borcludular. Belə rəqiblərə uduzmaq olmaz. “Bakı”ya, “İnter”ə, “Xəzər Lənkəran”a uğurlar arzulayıram. Avropada hamımız Azərbaycanı təmsil edirik və bir-birimizə görə həyəcan keçirməyimiz normaldı.