29 iyun 2012 01:42
Mura Bakıya 17 futbolçu ilə gəlir
Azərbaycan kubokunun qalibi olan “Bakı”nın Avropa Liqasındakı rəqibi – Sloveniyanın “Mura” klubu paytaxtımıza 17 futbolçu ilə gələcək. Azerisport.az xəbər verir ki, sloveniyalılar Bakıya oyundan bir gün öncə gələcəklər.
Maraq üçün qeyd edək ki, “Bakı” ilə “Mura” arasındakı ilk oyun iyulun 5-də keçiriləcək. Sloveniya klubu isə iyulun 4-də paytaxtımıza təşrif buyuran kimi “Dalğa Arena”da məşqə çıxacaq. Oyun öncəsi hazırlıq prosesi saat 21:00-da başlayacaq. “Zolaqlılar”ın rəqibi Bakını oyundan 6 saat sonra tərk edəcək.
Qeyd edək ki, bu komandalar arasındakı ilk oyun “Dalğa Arena”da keçiriləcək və saat 21:00-da başlayacaq. Cavab oyunu isə iyulun 12-də Sloveniyada keçiriləcək.
