29 iyun 2012 01:55
Mahmud Qurbanov yeni futbolçu axtarır
Futbol üzrə Azərbaycan birinci divizionunda çıxış edən “Tərəqqi” “açıq qapı” günü təyin edib. Azerisport.az xəbər verir ki, bu klubun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, iyulun 2-dən etibarən məşqlərə start verəcək komandanın baş məşqçisi Mahmud Qurbanov həmin gün saat 5:00-dan etibarən Gəncə şəhər stadionunda futbol qabiliyyəti olan və futbolçu kimi özünə güvənən bütün gəncləri baxışa dəvət edir. Belə ki, bir araya gələn komanda öz futbolçuları ilə yanaşı, digər baxışa gələcək futbolçuları da nəzərdən keçirəcək, onların qabiliyyətinə uyğun seçim ediləcək.
