29 iyun 2012 13:57
Qəbələ Villarreala uduzub mübarizəni dayandırdı
“Qəbələ”nin 11 yaşa qədər futbolçulardan ibarət komandası Portuqaliyada keçirilən beynəlxalq IBERCUP-2012 turnirindəki çıxışını dayandırıb. Azerisport.az xəbər verir ki, qrup mərhələsini məğlubiyyətsiz adlayan komanda 1/8 final mərhələsində İspaniya “Villarreal”ı ilə qarşılaşıb.
Matç ispanların 7:0-lıq qələbəsi ilə tamamlanıb. Bununla da, təmsilçimiz 1/4 finala çıxmaq şansını itirib və turnirdəki çıxışını başa vurub.
İyulun 1-də vətənə dönəcək "Qəbələ" keçirəcəyi yoldaşlıq oyunu ilə Portuqaliya səfərini yekunlaşdıracaq.
