29 iyun 2012 01:59
Barcelonadan 14 milyon avroluq transfer (FOTO)
İspaniyanın “Barcelona” klubu heyətini gücləndirib. Azerisport.az xəbər verir ki, Kataloniya klubu Xordi Albanın transferini rəsmiləşdirib.
Artıq “Barcelona” 23 yaşlı sol cinah oyunçusunu heyətinə qatdığını rəsmən açıqlayıb. AÇ-2012-də İspaniya yığmasının heyətində yer alan futbolçu ilə 5 illik müqavilə imzalanacaq. Kataloniyalılar bu transfer üçün “Valencia”ya 14 milyon avro ödəyəcəklər.
Qeyd edək ki, Alba 1998-2005-ci illərdə “Barcelona”nın aşağı yaş qrupları üzrə komandalarında 7 il çıxış edib. Peşəkar karyerasına “Kornella”da başlayan futbolçu 2007-ci ildə “Valencia”ya transfer olunub. Bu klubun B (18 oyun, 5 qol) və A (73 oyun, 5 qol) çıxış edən futbolçu 2008-2009 mövsümündə “Gimnastic”ə icarəyə verilib. O, İspaniya millisində 10 oyun keçirib.
