29 iyun 2012 02:08
Mura Bakı ilə harda oynayacağını bilmir
Azərbaycan kubokunun qalibi olan “Bakı”nın Avropa Liqasındakı rəqibi – Sloveniyanın “Mura” klubu komandamızla harda qarşılaşacağından xəbərsizdi. Azerisport.az xəbər verir ki, sloveniyalılar qarşılaşmanın Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacağını düşünürlər.
“Mura”nın rəsmi saytında yazılanlar belə deməyə əsas verir: “Bakı”nın əsas stadionu Tofiq Bəhramov adına Respublika stadionu hesab olunur. Bu arena 30 min azarkeş tutumuna malikdi. Arenanın qazonu süni örtüklüdü. Ona görə də bu, bizim oyunçular üçün əlavə problemlər yaradacaq. Çünki Bakının istisini nəzərə alsaq, süni örtükdə oynamaq çox çətin olacaq”.
Maraq üçün qeyd edək ki, mərkəzi arena hazırda təmir və yenidənqurma işlərinə bağlanıb və hazır deyil. “Bakı” və digər klublarımız bu avrokuboklar mövsümündəki ev oyunlarını isə “Dalğa Arena”da keçirəcəklər.
Qeyd edək ki, bu komandalar arasındakı ilk oyun iyulun 5-də keçiriləcək və saat 21:00-da başlayacaq. Cavab oyunu isə iyulun 12-də Sloveniyada baş tutacaq.
