29 iyun 2012 14:22
Rusiya yığmasını Bakıya Kapello gətirə bilər
DÇ-2014-ün seçmə mərhələsində Azərbaycan millisinin rəqibi olan Rusiya yığması Dik Advokatın gedişindən sonra boş qalan baş məşqçi vəzifəsinə namizəd axtarışlarını davam etdirir. Azerisport.az xəbər verir ki, şimal qonşularımız indi də məşhur italiyalı mütəxəssis Fabio Kapelloya təklif göndərməyə hazırlaşır.
Bu barədə Rusiya mətbuatı məlumat yayıb. Lakin İngiltərə millisindən ayrıldıqdan sonra işsiz olan Kapellonun Rusiya Futbol İttifaqına razılıq verib-verməyəcəyi hələlik dəqiq bilinmir.
