29 iyun 2012 14:34
İnter üçün şotlandiyalı
“İnter”in Avropa Liqasının birinci təsnifat mərhələsində Estoniyanın “Trans” klubu ilə keçirəcəyi cavab oyununu idarə edəcək hakimin adı açıqlanıb. Azerisport.az xəbər verir ki, Bakıdakı qarşılaşmanı şotlandiyalı hakimlər idarə edəcəklər.
Belə ki, UEFA matçı Kevin Klensiyə tapşırıb. Oyun iyulun 12-də “Dalğa Arena”da keçiriləcək.
Xatırladaq ki, bir həftə əvvəl Estoniyada baş tutacaq oyunu isə belçikalı Aleksandr Boukat idarə edəcək.
