29 iyun 2012 14:58
Haciyevski: CSKA Bakı ilə oyunun yalnız kağız üzərində favoritidi
“Bakı”nın sabiq baş məşqçisi Qyoko Haciyevski keçmiş komandasının Avropa Liqasındakı şanslarından danışıb. Azerisport.az xəbər verir ki, makedoniyalı mütəxəssis “zolaqlılar”ın Avropa Liqasının ikinci təsnifat mərhələsində Bolqarıstan CSKA-sı (Sofiya) ilə qarşılaşmaq ehtimalının kifayət qədər yüksək olduğunu dilə gətirib:
“Belə olan halda CSKA-ya “Bakı” ilə qarşılaşmaq çox çətin olacaq. Mən hər iki komandanı çox yaxşı tanıyıram (maraq üçün qeyd edək ki, Haciyevski vaxtilə Sofiya klubunu da çalışdırıb – azerisport.az). Təcrübə baxımından üstünlük şübhəsiz ki, CSKA-nın tərəfindədi. Amma “Bakı”nın da sürətli inkişaf və yeni baza baxımından üstünlükləri var. Komandanın böyük potensialı var. Bu isə CSKA-ya hər iki oyunda böyük çətinlik yarada bilər. Onları qiymətləndirməmək olmaz. Aydın məsələdi ki, favorit CSKA-dı. Amma bu, sadəcə kağız üzərindədi”.

Qeyd edək ki, “Bakı” birinci təsnifat mərhələsində Sloveniya “Mura”sını keçsə, məhz CSKA ilə qarşılaşmalı olacaq.