29 iyun 2012 15:13
Neftçinin rəqibi üçün iki şad xəbər
UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Azərbaycan çempionu “Neftçi” ilə qarşılaşacaq Gürcüstan “Zestafoni”si hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, gürcülər Azərbaycan təmsilçisi ilə oyunlara Avstriyada hazırlaşırlar.
“Zestafoni” təlim-məşq toplanışıyla yanaşı heyətini də gücləndirməyə çalışır. Hələlik isə komandanın iki zədəli futbolçusu düşərgəyə qayıdıb. Bunlar yarımmüdafiəçilər – Levan Şarikadze və Quram Samuşiyadı. Hər iki futbolçu artıq zədələrini sağaldıblar və “Neftçi” ilə oyunlara hazırlaşacaqlar.
Qeyd edək ki, “Zestafoni” bu gün Rumıniyanın “Astra” klubu ilə yoxlama oyunu keçirəcək.
