29 iyun 2012 15:43
Bolqarıstan yığmasının 200 min avroluq futbolçusu Azərbaycan klubuna keçir
Futbol üzrə Bolqarıstan yığmasının və Plovdiv “Lokomotiv”inin yarımmüdafiəçisi Xristo Zlatinski karyerasını Azərbaycanda davam etdirə bilər. Azerisport.az xəbər verir ki, bu barədə Bolqarıstan mətbuatı məlumat yayıb.
Məlumatda bildirilir ki, Zlatinskinin xidmətində Azərbaycan və Çin klubları maraqlıdı. Lakin konkret klub adı çəkilmir.
Qeyd edək ki, Zlatinskinin qiyməti 200 min avro dəyərində qiymətləndirilir. Onun hazırda çıxış etdiyi klubla müqaviləsinin müddəti isə sabah başa çatacaq və futbolçu azad agentə çevriləcək.
