29 iyun 2012 15:25
Yığmamızın üzvü rəsmən Neftçidə
UEFA Çempionlar Liqasında ölkəmizi təmsil edəcək "Neftçi" növbəti transferini reallaşdırıb. Azerisport.az xəbər verir ki, paytaxt klubu yığma komandamızın da şərəfini qoruyan müdafiəçi Saşa Yunisoğlu ilə müqavilə imzalayıb.
Saşa Yunisoğlu "Neftçi"də 3 nömrəli formanı geyinəcək. Futbolçu transferi ilə bağlı klubun rəsmi saytına bunları deyib:
"Neftçi" ölkəmizin ən böyük tarixə malik komandasıdır. Elə buna görə də hər bir azərbaycanlı futbolçu kimi mənim də arzum "Neftçi"də oynamaq olub. İndi bu şansı qazanmışam. Qarşıda bizi Çempionlar Liqası turnirində çıxış gözləyir. Komandamızın uğur qazanması üçün əlimdən gələni edəcəyəm. İnanıram ki, mərhələ adlayıb azarkeşlərimizi sevindirəcəyik".
Qeyd edək ki, Saşa Yunisoğlu son mövsümdə “Qəbələ”nin şərəfini qoruyurdu.
