29 iyun 2012 15:58
Samsunspor Bakıda sonuncu oldu
Xəbər verdiyimiz kimi, bu gün Bakıda keçirilən Azərbaycan Beynəlxalq Bankının 20 illiyinə həsr olunan beynəlxalq turnirin pley-off görüşləri start götürüb. Azerisport.az xəbər verir ki, əvvəlcə 7-8-ci yerlər uğrunda oyun keçirilib.
Bu görüşdə Estoniyanın "Kotkas" və Türkiyənin "Samsunspor" klubları qarşılaşıblar. Matç 1:1 hesabıyla başa çatıb və qalibin adını oyunsonrası penalti seriyası müəyyən etməli olub. Onbirmetrlik zərbələri daha dəqiq yerinə yetirən "Kotkas" futbolçuları sonda qələbə qazanıblar - 4:3.
Beləliklə, estoniyalı futbolçular yarışı 7-ci yerdə başa vurublar. "Samsunspor" isə turnirin sonuncusu olub.
