29 iyun 2012 16:36
DÇ-nin təbliği məqsədilə Bakıda möhtəşəm konsert olacaq
İyulun 6-da, saat 21:00-dan 23:00-dək FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin təbliğatı məqsədilə Dənizkənarı Milli Parkdakı Saat qülləsinin yaxınlığında konsert təşkil olunacaq. Azerisport.az xəbər verir ki, konsertdə tanınmış müğənnilər Aygün Kazımova, Tünzalə Ağayeva, Röya, FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin dostu Çingiz Mustafayev və almaniyalı müğənni Okeaniya, həmçinin futbol fristaylerləri çıxış edəcəklər.
Xatırladaq ki, həmin gün Beynəlxalq Muğam Mərkəzində FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin püşkatma mərasimi də keçiriləcək.
