29 iyun 2012 16:44

“Bakıya dəvət alanda çox qürurlandım”

Xəbər verdiyimiz kimi, Freestyle futbol üzrə 2011-ci il dünya çempionu Kitti Szasz FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin püşkatma mərasimində iştirak etmək üçün ölkəmizə gələcək. Azerisport.az xəbər verir ki, püşkatmadan sonra Dənizkənarı Milli Parkda təşkil ediləcək konsert proqramında da çıxış edəcək futbolçu izləyicilərə öz məharətini nümayiş etdirəcək. Kitti Szaszın FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin Yerli Təşkilat Komitəsinin Media Departamentinə müsahibəsini təqdim edirik:
 
- Freestyle fubol sizin üçün nə ifadə edir?
- Demək olar ki, hər şey. Bunun sayəsində mən heç bir zaman gedəcəyimi xəyal belə etmədiyim yerlərə gedir, hər ölkədən yeni dostlar qazanıram və ən vacibi, freestyle futbol mənə darıxdırıcı mühitdən uzaqlaşmaq imkanı verir.
 
- FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin püşkatma mərasimində iştirakınız haqqında nə düşünürsünüz?
- Mən belə möhtəşəm tədbirə dəvət alanda çox qürurlandım. Bundan əvvəl heç vaxt Azərbaycanda olmamışam. Bu səbəbdən yalnız tədbirə deyil, ümumiyyətlə, ölkənizə gələcəyim üçün çox sevincli və həyəcanlıyam.
 
- Qadın freestyle futbolçu olaraq həmkarlarınıza, gənc futbolçu qızlara hansı məsləhətləri vermək istərdiniz?
- Nə olursa olsun, davam edin: əgər sizin davam edəcək gücünüz yoxdursa belə dayanmamaq, işi yarıda buraxmamaq üçün mübarizə aparın. Sizi gördüyünüz işə həvəsləndirəcək yeni motivasiyalar tapmağa çalışın.
 
- Siz həmçinin böyük kütlə qarşısında performans göstərəcəksiniz. Bu barədə nə düşünürsünüz, həyəcanlısınızmı?
- Əlbəttə, həyəcanlıyam. Daim şoulardan öncə həyəcanlı oluram, xüsusilə də aparıcı məni səhnəyə, böyük kütlənin qarşısına dəvət edərkən. Amma topa toxunduqdan sonra həyəcanım keçir, sakitləşirəm və gördüyüm işdən zövq alıram.
 
- Azərbaycana gəlmək üçün dəvət alanda nə hiss etdiniz?
- Səmimi olaraq deyim ki, əvvəlcə təklif o qədər də real görünmürdü. Amma zaman keçdikcə konsert haqqında gələn digər məktublar bunu reallığa çevirdi. Mən bütün dostlarıma bir neçə gün Bakıda qalacağımı və belə böyük tədbirdə performans göstərəcəyimi dedim – onların hamısı təəccübdən mat qalmışdı!
 
- Sizin Azərbaycana səfərinizdən hansı gözləntiləriniz var?
- Mən heç vaxt nə isə gözləmirəm, nə baş verirsə, onu yaşayıram. Əlbətdə, beynimdə bəzi görüntülər canlanır: səhnədə böyük izdihamın qarşısındayam və yaxud biz digər freestyle futbolçularla birlikdə Bakının gözəl panoraması qarşısında donuruq, heyran oluruq və s. Mən yeni ölkələr və mədəniyyətlər haqqında öyrənməkdə çox maraqlıyam. Məhz bu da mənim işimi zövqlü edən faktorlardan biridir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.