29 iyun 2012 17:05

Saşa Yunisoğlu: Neftçidə əsas heyətə düşüb, milliyə qayıtmaq istəyirəm

Futbol üzrə Azərbaycan yığmasının və “Qəbələ”nin sabiq müdafiəçisi Saşa Yunisoğlu azerisport.az saytına müsahibəsində “Neftçi”yə transferindən danışıb.
 
- “Neftçi”yə keçidiniz çox gözlənilməz alındı...
- Hərdən arzular gerçəkləşir. Mən həmişə bu komandada oynamağı arzulamışam. “Neftçi”dən təklif aldığım gün həyatımdakı ən xoş günlərdən biridi. Bu təkliflə bağlı heç bir dəqiqə də fikirləşmədim. Belə komandada oynamaq böyük məsuliyyətdi.
 
- Müqaviləniz hansı müddətə nəzərdə tutulub?
- Hələlik bir mövsüm üçün. Əgər hər şey yaxşı alınsa, daha çox burda qalmaq istəyirəm. Bu, elə bir klubdu ki, karyeranın sonuna kimi qalmaq istəyirsən. Ümumiyyətlə, “Neftçi” son dövrlər yerli futbolçulara üstünlük verir. Bu, bizim üçün çox yaxşıdı. Klub rəhbərliyinə, xüsusilə prezident Sadıq Sadıqova təşəkkürümü bildirirəm ki, belə bir imkan yaratdılar. İndi bu inamı doğrultmaq lazımdı.
 
- Digər variantlar da var idi?
- Məni öz sıralarında görmək istəyən digər klubların hamısına minnətdaram. Amma mən bir qədər gözləmə mövqeyi tutmuşdum. Çünki xaricdə oynamaq fikrim var idi. Lakin “Neftçi”dən təklif alandan sonra digər variantlardan imtina etməli oldum.
 
- Artıq xaricdə oynamaq istəmirsiz?
- Niyə ki? İstəyirəm. Sadəcə, mənə müraciət edən menecerlər baxışda olmağımı istəyirdilər ki, bu da məni qane etmirdi. Həm də mövsüm başa çatan kimi əməliyyat olunduğum üçün 25 günə qədər məşq edə bilmədim.
 
- Yeni komandanızla məşqlərə nə vaxt başlayırsız?
- Sabah “Neftçi” Avstriyaya yola düşəcək. Mən isə komandaya bir neçə gün sonra qoşulacağam. Çünki mənim hələ vizam yoxdu. Fikrimcə, uyğunlaşma baxımından problemim olmayacaq. Böyükağa Hacıyev məni yaxşı tanıyır. Danışığımız olub. Bir-birimizlə asan dil tapa bilirik. Heyətdəki rəqabətdən də qorxmuram. Əsas heyətə düşüb yenidən yığmaya qayıtmaq istəyirəm.

- Sizi qarşıda Çempionlar Liqasının oyunları gözləyir...
- Bu turnirdə “Neftçi”nin heyətində meydana çıxmağı çox istəyirəm. Fiziki hazırlıqla bağlı problemim yoxdi. Sadəcə, oyun təcrübəsi baxımından çatışmazlıq ola bilər. Lakin 1-2 oyun keçirsəm, hər şey yoluna düşəcək. Çalışacağam ki, əlimdən gələni edim və komandama 150 faiz kömək edim.
 
- Komandanızın Gürcüstan “Zestafoni”sini keçmək şanslarını necə qiymətləndirirsiz?
- Çempionlar Liqasında zəif komanda olmur. “Zestafoni” İsveçrə “Basel”i, Zaqreb “Dinamo”su qədər güclü komanda olmasa da, rəqibi qiymətləndirməmək də olmaz. Amma hər halda bu komandanı keçmək tamamilə mümkündü. Sadəcə yaxşı hazırlaşmaq lazımdı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.