29 iyun 2012 17:40
Qarabağ Türkiyəyə yola düşür
"Qarabağ” Türkiyəyə yollanır. Azerisport.az xəbər verir ki, 2012-2013 mövsümünün hazırlıqlarına başlayan komanda Bakını tərk edir.
Qardaş ölkəyə təlim-məşq toplanışına yollanan komanda sabah 10:30-da Bakı–Ankara reysiylə hərəkət edəcək. Komanda təlim-məşq toplanışının ilk mərhələsində Ankaradan 80 km aralıda yerləşən Qızılcahamam bölgəsindəki “Patalya” otelində məskunlaşacaq. Komandanın Türkiyənin paytaxtında hazırlığı 2 həftə davam edəcək. İyulun 14-ü vətənə qayıdacaq komanda ayın 17-də təlim-məşq toplanışının 2-ci mərhələsinə başlayacaq. Yenə də qardaş ölkəyə yollanacaq komanda bu dəfə Boluda məskunlaşacaq. Ağdamlılar iyulun 29-na qədər təlim-məşq toplanışını davam etdirib Bakıya qayıdacaq.
