29 iyun 2012 18:02
İnter Dinamo ilə bacarmadı
Xəbər verdiyimiz kimi, bu gün Bakıda keçirilən Azərbaycan Beynəlxalq Bankının 20 illiyinə həsr olunan beynəlxalq turnirin pley-off görüşləri start götürüb. Azerisport.az xəbər verir ki, 5-6-cı yerlər uğrunda matçda "İnter" Gürcüstanın "Dinamo" klubuyla qarşılaşıb.
Görüş 2:1 hesabıyla qonaqların xeyrinə başa çatıb. "İnter"in yeganə qolun müəllifi Əhməd Əhmədov olub.
Beləliklə, komandamız Azərbaycan Beynəlxalq Bankının 20 illiyinə həsr olunan beynəlxalq turniri 6-cı yerdə başa vurub.
Qeyd edək ki, "İnter" bu turnirdə 4 görüş keçirdi. Bu oyunlarda “bankirlər” 1 qələbə qazanıb və 3 dəfə meydanı məğlub durumda tərk edib.
