29 iyun 2012 18:33

Mahmud Qurbanov: Əsas məqsədim Gəncənin adına layiq komanda yaratmaqdı

Azerisport.az xəbər verir ki, “Tərəqqi”nin baş məşqçisi Mahmud Qurbanovun müsahibəsi ilə tanış edir.
 
- “Tərəqqi”də işlər necədi?
- Artıq komandanı qəbul etmişəm. Futbolçularla görüşdüm. İlk tanışlıqdan sonra qarşıya qoyulan məqsədlər barədə danışdıq. Mübariz və baxımlı futbol oynamağı bacaran bir komanda yaradacağımızı bildirdim. Hələ ki bu qədər.
 
- Ötən mövsümdə “Tərəqqi”də çıxış etmiş futbolçularla işləmək fikriniz var?
- Hələlik bir söz deyə bilmərəm. Kollektivlə o qədər də yaxından tanış deyiləm. Yalnız bir-iki oyunun video yazısını izləmişəm. Təbii ki, toplanış zamanı onlar da məşqlərə qatılacaqlar. Yalnız bundan sonra futbolçular barədə qərar verə bilərəm.
 
- Bu günlərdə KİV-də “açiq qapı” ilə bağlı informasiyalar yayıldı. Bununla bağlı fikirlərinizi bilmək istərdik.
- Bəli biz rəhbərliklə qərara gəldik ki, iyulun 2-də saat 5-dən etibarən özünə güvənən və futbolçu keyfiyyətlərinə malik olan 17-23 yaş həddində olan gəncləri baxışa dəvət edək. Biz həmin müraciət edən bütün futbolçuları nəzərdən keçirəcək, onları yoxlayacaq və tələblərimizə cavab verən anda komandaya dəvət edəcəyik.
 
- Gəncəyə məşqçi kimi dönüşünüz futbolçu karyeranız kimi uğurlu alınacaqmı?
- Bilirsiniz bu barədə indidən danışmaq tezdi. Əsas məqsədim Gəncənin adına layiq komanda yaratmaqdı. Mübariz, intizamlı, baxımlı futbol oynamağı bacaran bir komanda. Təbii ki, növbəti mövsüm medallar uğrunda mübarizə aparmaq, premyerliqaya vəsiqə qazanmaq istəyirik. Çalışacağam ki, “Tərəqqi” qabiliyyətli və idmançı keyfiyyətlərinə malik futbolçuların yetişməsində Gəncə futboluna öz töhfəsini versin. (klubun mətbuat xidməti)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.