29 iyun 2012 18:57
PFL yeni prezidentini iyulun 3-də seçəcək
İyulun 3-də Peşəkar Futbol Liqasının prezidenti postuna yeni seçkilər keçiriləcək. Azerisport.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, saat 12:00-da başlayacaq seçkilər AFFA-nın inzibati binasında təşkil olunacaq. Qeyd edək ki, PFL-in prezidenti 4 illik müddətə seçilir.
Hazırda bu quruma Ramin Musayev rəhbərlik edir. Böyük ehtimalla PFL-in ilk prezidenti daha dörd il müddətinə bu postda qalacaq.
