29 iyun 2012 11:16

“Azərbaycan yaxın gələcəkdə böyük futbol turniri qəbul edə biləcək”

“Brommapojkarna” klubunun U-13 komandasının baş məşqçisi Rene Bakhays müsahibəsində İsveç klubunun Bakıda keçirilən beynəlxalq turnirə qatılmasından danışıb, turnirin gedişi barədə fikirlərini bölüşüb və digər suallara cavab verib.
 
- Maraqlıdı, turnirə gəlməmişdən öncə Azərbaycan haqqında məlumatınız vardı?
- Səmimi deyəcəyəm, Azərbaycan haqqında çox da məlumatım yox idi. Ölkənizin futbolu haqqında da az məlumatım vardı. Amma etiraf edim ki, Azərbaycana baş çəkmək mənim üçün maraqlıydı. Əminəm ki, İsveçdə doğulmuş hər bir insan üçün ölkənizə səfər yadda xüsusi qalacaq. Futbolçularımızın 12-13 yaşı var və görünürdü ki, onlar səfərimizə böyük maraqla yanaşırdılar.
 
- Bilmək maraqlı olardı, komandanız bu turnirə necə qatıldı?
- Bilirsiniz, bu turnirdə iştirak etməklə bağlı bizə dəvət gələndə reaksiyamız birmənalı olmadı. Bir tərəfdən uzaq uçuş barədə, turnirin səviyyəsi və digər detallar haqqında düşünürdük, digər tərəfdən, qeyd etdiyim kimi, bizə Azərbaycana baş çəkmək çox maraqlıydı. Nəticədə biz dəvəti qəbul etmək qərarına gəldik və şadıq ki, ölkənizə səfər etdik. Burada bizə hər şərait yaradılıb, təşkilati işlər yüksək səviyyədədi, bir sözlə, bizim nümayəndə heyəti razıdı. Əlavə edim ki, oyunçularımız gələcəkdə peşəkar futbolçular olacaqlar və artıq gənc yaşlarından belə turnirlərdə iştirak etməklə təcrübə toplamaları lazımdır.
 
- Artıq bir neçə gündür Azərbaycandasınız. Bilmək istərdik, ölkəmiz və paytaxtımz Baki sizdə hansı təəssüratları oyatdı?
- Doğrusu, paytaxt şəhəriniz məni valeh etdi. Bakının müasir memarlığı heç kimi biganə qoya bilməz. Şəhəriniz simasını dəyişir və bu da demək olar göz önündə baş verir. Müşahidə etdim ki, bir çox yerlərdə yeni binalar, yeni evlər tikilir. Bir sözlə, mən Bakını gələcəyin şəhəri adlandırardım. Eyni sözləri futbol infrastrukturu barədə də demək olar. Məsələn, turnir oyunlarının keçirildiyi “Dalğa Arena” stadionunu buna sübut kimi göstərmək olar. Nəzərimcə, yaxın gələcəkdə ölkəniz böyük futbol turniri qəbul edə biləcək.
 
- Siz artıq 3 oyun keçirmisiniz və bütün qarşılaşmalarda qələbə qazanmısınız. Keçirilən oyunlar haqqında və bu turnirdə vəzifələriniz barədə nə deyə bilərsiniz?
- İlk matçda biz turnirin təşkilatçılarıyla-“İnter”lə qarşılaşdıq. Bu komanda mənə xoş təsir bağışladı. “İnter” çox yaxşı futbol oynayır. İkinci matçda “Rubin”lə qarşılaşdıq və səmimi deyim ki, bizim böyük hesablı qələbəmiz mənim üçün xoş sürpriz oldu, axı ilk turda Rusiya klubu da 4:0 hesablı qələbə əldə etmişdi. Beləliklə, biz artıq indidən qrupda 1-ci yerimizi təmin edə bildik, buna görə də “Kotkas”la görüşdə eksperimental heyətə üstünlük verdik. Mən bütün futbolçuları müxtəlif mövqelərdə sınamaq istəyirdim. Məqsəd və vəzifələrimizə gəldikdəsə onu deyə bilərəm ki, biz yalnız maksimal nəticəyə güvənirik. Qarşıda bizi yarımfinal oyunları gözləyir və maksimal dərəcədə oyunlara köklənməliyik.
 
- Maraqlıdır, növbəti ildə Azərbaycandan sizə zəng edib bu turnirə yenidən gəlməyinizi istəsələr, razılıq verəcəksiniz?
- Bəli, niyə də yox? Belə turnirlərdə iştirak etmək həmişə maraqlıdır. Xarici klublara qarşı oynamaq həmişə maraqlıdır, axı, bu, səviyyəmizi artırır. Düşünürəm ki, gələn il bu turniri təşkil etsələr, dünya futbol qrandlarını da dəvət etmək olar. Əminəm ki, bütün komandalar belə miqyaslı turnirdə iştirak etmək istəyərlər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.