29 iyun 2012 00:04
Simurq Rumıniya klubu ilə qarşılaşacaq
Türkiyədə təlim-məşq toplanışında olan “Simurq” yoxlama matçı keçirmək üçün özünə daha bir rəqib tapıb. Azerisport.az xəbər verir ki, Zaqatala təmsilçisi Rumıniyanın “Turnu Severin” komandası ilə yoxlama matçı ilə bağlı razılığa gəlib.
Qarşılaşma iyulun 10-da keçiriləcək. Görüşün başlama saatı hələlik tam dəqiqləşməyib.
Qeyd edək ki, “Simurq” bu gün - iyunun 29-da Türkiyənin “Kocaelispor” klubuyla qarşılaşacaq. İyulun 2-də isə rəqib Rusiya “Spartak”ı (Nalçik) olacaq.
