29 iyun 2012 11:58
Lənkərana səfər Lechin planlarını dəyişdi
Polşanın “Lech” klubunun direktoru Dariuş Motala bəyan edib ki, onlar Azərbaycana səfər səbəbindən planlaşdırdıqları yoxlama oyunundan imtina ediblər. Azerisport.az xəbər verir ki, o, bu məsələ ilə bağlı açıqlamasında bunları dilə gətirib:
“Böyük ehtimalla Taldıkurqana (qeyd edək ki, “Lech” ilk təsnifat mərhələsində Qazaxıstanın “Jetısu” klubunu mübarizədən kənarlaşdırmalıdı) uzaq səfərdən sonra biz Azərbaycana yollanmalı olacağıq. Buna görə də biz planlarımızı dəyişməli olduq. Halbuki, “Lecia” və “Krakoviya” ilə yoxlama oyunları keçirmək fikrimiz var idi”.

Qeyd edək ki, “Lech”in ikinci təsnifat mərhələsindəki potensial rəqibləri məhz “Xəzər Lənkəran” və Estoniya “Nomme Kalju”sudu. Qalib gələn komandalar növbəti mərhələdə üz-üzə gəlməli olacaqlar.